17 
May
2019
19:00
464
22
4789
Virtual karabakh

Millət vəkili: Lazım olmayan yerlərə radar qoyub, təhlükə yaradırıq

17 May, 2019
19:00
4789

Millət vəkili: Lazım olmayan yerlərə radar qoyub, təhlükə yaradırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yol hərəkəti haqqında” qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır.

Oxu.Az xəbər verir ki, bu fikri millət vəkili Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlara dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, “Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır:

“Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu, sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaradır. Yəni nəticə etibarilə təhlükəsizlik əvəzinə, təhlükəli vəziyyət yaradırıq. Ona görə də yaxşı olardı ki, bu sahədə yeni qanunlar, yeni dəyişikliklər təhlükəsizliyə xidmət etsin”.

Qeyd edək ki, sözügedən qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarixi və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri