17 
May
2019
20:55
138
32
3995
Virtual karabakh

Narkoloji Dispanserdə gənclərdən yeni “müalicə üsulları” - VİDEO

17 May, 2019
20:55
3995

Narkoloji Dispanserdə gənclərdən yeni “müalicə üsulları” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkoloji Dispanserin yeni istifadəyə verilən binasında gənclər yeni “müalicə üsullarına” əl atıblar.

Oxu.Az xəbər verir ki, bu barədə “VarYox” komandası öz saytında video yayımlayıb.

Videoda onların müalicə alanlar üçün yoqa kursları təşkil etdikləri görünür.

Pasiyentlər yoqanın onlara faydası dəydiyini, dəyişikliklər olduğunu, rahat nəfəs aldıqlarını bildiriblər.

Bundan əlavə, gənclərdən ibarət komanda maraqlananlar üçün qraffiti kursu təşkil edib. Könüllülər oxuduqları və onlara təsir göstərən kitabları burada müalicə alanlara hədiyyə ediblər.

Təşkilatçıların sözlərinə görə, tədbir həm də pasiyentlərin mənəvi dəyərlərinə diqqət yönəltmək məqsədi daşıyıb:

“Uzun müddət müalicə alan pasiyentlərin vaxtlarını ancaq palatalarda yox, onlar üçün yaradılmış məkanlarda keçirmələri, yeni bacarıqlar yoxlamaları vacibdir”.

Tədbirə həkimlər, tibb işçiləri də qoşulub. 

“Nəyisə dəyişmək istəyiriksə, münasibətimizi dəyişməliyik. Onlara bizim dəstəyimiz lazımdır, onlar buna layiqdirlər” - deyə gənclər bildirib.

Daha ətraflı videoda:

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri