18 
May
2019
23:55
52
513
50997
Virtual karabakh

Bakıda marketdə güclü yanğın, xəsarət alanlar var - YENİLƏNİB

18 May, 2019
23:55
50997

Bakıda marketdə güclü yanğın, xəsarət alanlar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir. 

İlkin məlumata əsasən, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materialları yanıb.

22.48

Buzovnada ticarət mərkəzində baş vermiş yanğın zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə,  bunlar satıcı işləyən 19 yaşlı Məmmədzadə Tahirə Fariz qızı, 24 yaşlı Mirzəyev Əmrah Əmralı oğlu, 18 yaşlı Kazımova Aytən Şahin qızı, 24 yaşlı Abdullayeva Zeynəb Tövsi qızı, 30 yaşlı Abbasova Səadət Hikmət qızı, habelə FHN işçiləri – 38 yaşlı Səxavət Quliyev və 26 yaşlı Mahir Əliyevdir. 

20.45

Bakının Buzovna qəsəbəsində yerləşən “Favorit” marketdə yanğın baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlər var. 

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib: 

“Hadisə nəticəsində 4 nəfər hospitalizasiya edilib. İki qadın və bir kişi 1 saylı Kliniki Tibbi Mərkəzə, daha bir qadın isə qıcolma ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə yerində yardım göstərilib”. 

Səhiyyə Nazirliyinin məlumatına görə, iki nəfər FHN işçisi tüstüdən boğulma ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, yanğın Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri