19 
May
2019
10:53
76
111
4253
Virtual karabakh

Novxanıda yanğın: 5 nəfər xilas edildi

19 May, 2019
10:53
4253

Novxanıda yanğın: 5 nəfər xilas edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun Novxanı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, “Land Rover”  markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin ikinci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri