19 
May
2019
19:39
16
294
7925
Virtual karabakh

Minik maşını dərəyə yuvarlandı: Ölən və yaralananlar var - FOTO

19 May, 2019
19:39
7925

Minik maşını dərəyə yuvarlandı: Ölən və yaralananlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, avtomobil 20 metr yüksəklikdən Pirsaat çayı dərəsinə yuvarlanıb.

İlkin məlumatlara görə, qəzaya düşənlər bir ailənin üzvləridir. Qəza nəticəsində sürücünün 3 yaşlı övladı Güliev Əmrah Atəş oğlu həlak olub. Avtomobilin sürücü Güliyev Atəş , 2015 təvəllüdlü Güliyev Uğur Atəş oğlu , və digər sərnişin Hüseyinli Turan xəstəxanaya yerləşdiriliblər.

 

Hadisə Şamaxı - Qizmeydan - Pirbəhli avtomobil yolunda qeydə alınıb. Araşdırma aparılır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri