20 
May
2019
12:16
108
234
12993
Virtual karabakh

Bu azərbaycanlı ailə 25 ildir ət yemir - FOTO/VİDEO

20 May, 2019
12:16
12993

Bu azərbaycanlı ailə 25 ildir ət yemir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niftəliyevlər ailəsi 25 ildir ət və ət məhsulları yemir. Dörd nəfərdən ibarət olan ailə həm də yoqa ilə məşğuldur.

Oxu.Az xəbər verir ki, bu ailənin vegetarian olma da yoqadan qaynaqlanır.

“Bir heyvanı yemək üçün öldürməyi qəbul etmirəm. Vegetarian olmayanlara hörmətlə yanaşırıq. Amma mən, həyat yoldaşım və iki övladım ət yemirik. Bir kiloqram ətə verilən pulla bir həftə qidalana biləcəyimiz qədər tərəvəz alırıq”, - deyə ailə başçısı Ədalət Niftəliyev bildirir.

Ailə ətdən imtina etməyin çətin olmadığını deyir. Niftəliyevlərin əsas qida rasionunu süd, süd məhsulları və tərəvəzlər təşkil edir. Ailə bu cür qidalanmağın həm sağlamlıq, həm də iqtisadi baxımdan sərfəli olduğunu bildirir. 

“25 ildə bir dəfə olsun xəstələnməmişik. Bizim yaşda olanlar səhhətlərində yaranan problemlə bağlı ən azı bir dəfə əməliyyat olunublar. Biz isə həkimə ehtiyac duymuruq”, - deyə Sevinc Niftəliyeva qeyd edir.

Hazırda ölkəmizdə 300-ə qədər ailə vegetariandır. Avropa ölkələrində isə onların sayı minlərlədir. Qeyd edək ki, vegetarianlar ət və ət məhsullarından imtina edərək, əsasən, tərəvəz məhsulları ilə qidalanırlar.

Qeyd edək ki, Bakıdan Qubaya qonaq gələn vegeterian ailə barədə süjet ABAD Factory-də çəkilib.

Tehran ORUCOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri