20 
May
2019
00:32
46
298
6401
Virtual karabakh

Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb

20 May, 2019
00:32
6401

Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala və Qax rayonlarına güclü dolu yağıb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, axşam saatlarından başlayan yağış, daha sonra güclü dolu ilə müşayiət olunub.

Zaqatala şəhərinin mərkəzi ərazilərinə təqribən 15 dəqiqə müddətində qoz böyüklüyündə yağan dolu minik avtomobillərinə və meyvə ağaclarına ziyan vurub.

Güclü dolu Qax rayonunun bəzi kəndlərində  təsərrüfata ziyan vurub. Rayonun ucqarda yerləşən İlisu kəndinə 10 dəqiqə müddətində dolu yağıb.

Hazırda bölgədə güclü külək və yağış müşahidə olunur.

İlkin AKİF

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri