20 
May
2019
10:18
23
178
2051
Virtual karabakh

Yağış Tovuzun bəzi kəndlərini işıqsız qoydu

20 May, 2019
10:18
2051

Yağış Tovuzun bəzi kəndlərini işıqsız qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunun bəzi kəndləri intensiv yağış səbəbindən işıqsız qalıb.

Bu barədə Oxu.Az-a Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, güclü külək olmasa da, intensiv yağan yağış bir çox kəndlərdə narahatlıq yaradıb:

“Dünən gecə rayon ərazisində hava yağışlı olub. Təəssüf ki, rayon ərazisində elektrik enerjisi təchizatında bir sıra problemlər var. Bununla bağlı aidiyyəti qurumlara yazılı müraciətlər olunub.

Bəzi kəndlərdə artıq müsbət dəyişikliklər müşahidə edilir. Lakin əksər kəndlərdə hələ də elektrik təchizatı sistemləri problemli olduğu üçün hava şəraiti ilə əlaqədar bəzi kəndlərdə qısamüddətli fasilələr yaranıb. Hazırda rayon ərazisində vəziyyət yaxşıdır”.

Xatırladaq ki, dünən gecə saatlarından başlayan intensiv yağış və güclü külək bir sıra regionlarda ciddi fəsadlar yaşadıb. İsmayıllı, Zaqatala, Göyçay rayonları və Gəncə şəhərində yağan dolu elektrik naqillərini sıradan çıxarıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri