20 
May
2019
13:03
61
33
4638
Virtual karabakh

Rayonlarda hava nə vaxt mülayimləşəcək?

20 May, 2019
13:03
4638

Rayonlarda hava nə vaxt mülayimləşəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti fəsadlar törədib. Bir neçə kənd işıqsız qalıb.

Bəs qeyri-sabit hava şəraiti nə vaxta kimi belə davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, hava tezliklə mülayimləşəcək:

“Şimşək, yağış, güclü şimal-qərb küləkləri, dolu bu gün də müşahidə olunacaq. 21 may gündüz saatlarından yağıntılar əksər rayonlarda tədricən kəsiləcək.

23 və 24 may tarixlərində ölkə ərazisində hava şəraiti mülayimləşəcək, gün yağmursuz keçəcək. Havanın temperaturu yüksələcək” - deyə o bildirib.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri