20 
May
2019
16:53
401
20
16303
Virtual karabakh

Vətəndaşın şikayət etdiyi rəis işdən çıxarıldı

20 May, 2019
16:53
16303

Vətəndaşın şikayət etdiyi rəis işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat yayılıb.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə “Qırmızı Körpü” gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. 

Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların - ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirir.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri