22 
May
2019
13:36
25
283
2993
Virtual karabakh

Ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlandı - FOTO

22 May, 2019
13:36
2993

Ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında 21 may tarixində, axşam saat 22:00 radələrində Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyətyanı sahəsinə baxış keçirib. 

Oxu.Az xəbər verir ki, baxış zamanı vətandaş Bəxtiyar  Mahmudovun həyətyanı sahəsində satış məqsədilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri