22 
May
2019
16:16
224
45
7283
Virtual karabakh

“Diqlas”ı sökməyə başladılar - FOTO/VİDEO

22 May, 2019
16:16
7283

“Diqlas”ı sökməyə başladılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayının 26-da baş verən güclü yanğından sonra yararsız hala düşən “Diqlas” Ticarət Mərkəzi sökülür.

Oxu.Az xəbər verir ki, söküntü işlərinə bu gün səhər saatlarından başlanılıb.

Ticarət Mərkəzinin boş qalacaq yerinin aqibəti hələlik məlum deyil. Lakin İqtisadiyyat naziri Şahin Mustafayev mətbuata açıqlamasında demişdi ki, bu, obyektin sahiblərinin qərarından asılıdır. 

Xatırladaq ki, martın 26-da Nizami rayonunda yerləşən ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.  

Ticarət mərkəzində obyekti olan sahibkarlar digər yerlərdə obyektlə təmin olunub, onlara dövlət tərəfindən kompensasiya ödənilib.

Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri