22 
May
2019
18:24
268
17
6597
Virtual karabakh

Həmid Həmidov: Slavyankadakı bulaqları xilas etmək lazımdır - VİDEO

22 May, 2019
18:24
6597

Həmid Həmidov: Slavyankadakı bulaqları xilas etmək lazımdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış blogger Həmid Həmidov Gədəbəyin Slavyanka kəndində olub və burada müalicəvi tərkibdə olan bulaqların acınacaqlı vəziyyətdə olması barədə video paylaşıb.

“Mənə bildiriblər ki, Gədəbəyin Slavyanka kəndində iki bulaq var – Yuxarı və Aşağı Narzan.

Gədəbəydən  və digər rayonlardan olan kəndlilər buraya müalicəvi su üçün gəlirlər. 

Heç bir maneə yoxdur: yaxınlaş, sudan nə qədər istəyirsən götür. Yerli restoranlar bu suyu pulsuz götürürlər, sonra isə müştərilərə satırlar. Lakin iş onlarda deyil.

Məsələ bura gələn insanlardadır.

Biz Yuxarı Narzan bulağında olduq. Mənə görə, orada əsl ekoloji fəlakətdir.

Videoya baxın, fotoya baxın. Əfsuslar olsun ki, nə foto, nə də video fəlakətin əsl miqyasını göstərmir.

Əgər dostluğunuzda ETSN əməkdaşları varsa, onlara göstərin. Bu bulaqları xilas etmək lazımdır. Ərazini belə çirkləndirməyi bacaran yerli sakinlərin, bizim insanların əlindən”, - blogger yazıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri