23 
May
2019
11:35
18
467
20820
Virtual karabakh

Neftçalada dəhşətli qəza: ölənlərin adları açıqlandı - YENİLƏNİB + VİDEO

23 May, 2019
11:35
20820

Neftçalada dəhşətli qəza: ölənlərin adları açıqlandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, ölən şəxslər:

1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 
1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, 
1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu,
1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğludur.

Qəza zamanı yaralanan şəxslər Yardımlı rayon sakinləri - 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.

09:03

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı dörd nəfər hadisə yerində ölüb, iki nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. 

Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri