23 
May
2019
18:52
84
49
2450
Virtual karabakh

“CinemaPlus” uşaqları sevindirdi - FOTO/VİDEO

23 May, 2019
18:52
2450

“CinemaPlus” uşaqları sevindirdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında valideyn himayəsindən məhrum olan uşaqlar üçün əyləncə proqramı təşkil olunub.

Uşaqlar “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Mauqli Yad Planetdə” animasiya filmini izləyiblər.

Tədbirdə uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 270-dək uşaq və yeniyetmələr iştirak ediblər.

Cizgi film haqqında qısa məlumat: Meteorit yağışına düşən gənc kosmik tədqiqatçı Villi naməlum planetə düşür. Robot Bakın köməyi ilə o, öz ailəsinin xilasedici missiyası gələnədək sağ qalmalıdır. Lakin Bakın batareyası bitmək üzrədir. Villi Bakı xilas edib evə qayıtmaq üçün, yeni dostlar tapmalı və vəhşi planetin cəngəllik qanunları ilə yaşamağı öyrənməlidir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri