23 
May
2019
15:48
28
201
3025
Virtual karabakh

Məişət zorakılığı ilə bağlı dəhşətli statistika - Bir ildə 87 min qadın öldürülüb

23 May, 2019
15:48
3025

Məişət zorakılığı ilə bağlı dəhşətli statistika - Bir ildə 87 min qadın öldürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov deyib. 

Onun sözlərinə görə, bu problem uzun müddət ərzində öyrənilməyib, gizlədilib və məxfi saxlanılıb:

“Dünyada təkcə 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib. Ölkə üzrə 2018-ci ildə məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub. Onlardan 15-nin icrası təmin edilib, dördü isə növbəti, yəni 2019-cu ilə keçirilib.

İcra sənədlərinin yeddisi məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-si isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir. 

Məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri