24 
May
2019
09:58
180
18
3389
Virtual karabakh

Narkotacir “Qədim” ələ keçdi - FOTO

24 May, 2019
09:58
3389

Narkotacir “Qədim” ələ keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda ictimai asayişi pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

H.Vəlizadə ifadəsində narkotik vasitəni “Qədim” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. Əməliyyat nəticəsində H.Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da tutularaq saxlanılıb.

Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İ.Qədimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb və həbs-qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri