24 
May
2019
11:10
12
51
1707
Virtual karabakh

“NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

24 May, 2019
11:10
1707

“NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NETTY” Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı. 24 may - 31 may dövründə müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyəti (münsiflər heyəti yalnız “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

Müsabiqədə qələbəyə iddia edənlərin “NETTY 2019”-un nominantlarının yekun siyahısı 1 iyunda tarixində elan ediləcək.

Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq “NETTY Akademiyası” final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək. Həmin dövrdə həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

“NETTY2019” qalibləri rəsmi olaraq mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.

İnternet-istifadəçilərdən öz növbəsində sosial loqin vasitəsilə virtual münsiflər heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.

Saytda olan bütün səsvermələr 1 iyunda başa çatacaq.

Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın baş partnyoru - “NAR”. 
Qızıl partnyor - “AZCLOUD”. 
Gümüşü partnyor - “FOMINOV Consulting”.

“BakuTel” sərgisi, “SmartHost” şirkəti, “Golden Pay” şirkəti, “Mihome.az” mağazalar şəbəkəsi, “Renley.az” veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: “Infocity.az”, “Technote.az”, “Oxu.az”, “Media.az”, “Urban.az”, “DeJure.az”, “Salamnews.org” saytları, “CBC” və “ITV” telekanalları.

“NETTY Azərbaycan” Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə [email protected] ünvanına müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri