24 
May
2019
21:09
33
212
6342
Virtual karabakh

Qaxda məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı - YENİLƏNİB + FOTO/VİDEO

24 May, 2019
21:09
6342

Qaxda məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məktəb direktoru: Qax rayonunda D.Əliyeva adına 1 saylı tam orta məktəbin tualeti ilə bağlı yayılan fotolar həqiqəti əks etdirmir.

Sosial şəbəkə istifadəçiləri tərəfindən Qax rayonunda 1 saylı tam orta məktəbin sanitar qovşağının yararsız vəziyyətdə olduğuna dair fotolar paylaşılıb.

İki yüzə yaxın şagirdin oxuduğu məktəbin direktoru Mədinə Heydərova Oxu.Az-ın bölgə müxbirinə bildirilib ki, sosial şəbəkələrdə məktəbə aid olduğu iddia edilən fotolar həqiqəti əks etdirmir:

“Qeyd olunan məktəbin daxilində və həyətində təmir edilmiş tualet var. Şagirdlər əsasən məktəb daxilində olan tualetdən istifadə edirlər. Həyətdə yerləşən tualetin də fotoları yayılan tualetlə oxşarlığı ola bilməz”.

15:49

Sosial şəbəkələrdə Zaqatala rayonunda 1 saylı orta məktəbin yararsız vəziyyətdə olduğuna dair fotolar paylaşılıb. Məktəbdə yüzlərlə şagirdin oxuduğu, lakin istifadə edə biləcəkləri normal bir ayaqyolunun belə olmadığı iddia edilir.

Zaqatala Rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə məktəbə aid olduğu iddia edilən fotogörüntülər həqiqəti əks etdirmir:

“Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin sanitar qovşağının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar tamamilə yalandır. Belə ki, qeyd olunan məktəb 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib, məktəbdə yeni istilik sistemi quraşdırılıb. 

Məktəbin sanitar qovşaqları tədris binasının daxilindədir və işlək vəziyyətdədir. Məktəbin həyətində sanitar qovşaq yoxdur. Yayılmış şəkillər və məlumatlar həqiqəti əks etdirmir”. 

Qeyd edək ki, sözügedən məktəbdə 528 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 77 müəllim məşğul olur.

{gallery}

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri