24 
May
2019
18:00
65
35
4812
Virtual karabakh

Pavel Belorusski: Mənə deyirdilər “Azərbaycanda bu işləməyəcək”

24 May, 2019
18:00
4812

Pavel Belorusski: Mənə deyirdilər “Azərbaycanda bu işləməyəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəmi 4 il ərzində Pavel Belorusski hazırda 200 nəfərdən ibarət mütəxəssisin bir arada çalışdığı bir layihəni Bakıda sıfırdan başladı. Minlərlə şagird “Dərs Evi” Təhsil Mərkəzindən artıq keçib və təhsil prosesi ilə bağlı fikirlərini dəyişib. Pavel əminliklə söyləyir: “Biz bu prosesi genişləndirməyə və bütün Azərbaycan məktəblərində, Dərs Evindəki kimi müəllimlərin çalışmasıтı təmin etməyə ümid edirik”. 

- Siz ABŞ-da təhsil almısınız və işləmisiniz, Rusiya və İsraildə biznes qurmusunuz. Necə oldu ki, Azərbaycana gəldiniz?

- Doğrudur, Azərbaycana gəlməzdən əvvəl Rusiyada bizneslə məşğul olmuşam. Bu, hal-hazırda Rusiyanın 19 şəhərində fəaliyyət göstərən “Maximum” təhsil mərkəzidir. 112 000 “Maximum” tələbəsi artıq ölkənin ən yaxşı ali təhsil ocaqlarına qəbul olublar. Mən bu şirkətin tam iş strukturunu qururdum, işçiləri işə qəbul edirdim, əlaqələri möhkəmləndirirdim.

Belə bir layihəni Azərbaycanda təşkil etmək təklifini aldım. Məni “Gilan Holding” şirkətinə dəvət etdilər və Bakıda innovativ təhsil mərkəzini yaratmaqda maraqlı olduqlarını söylədilər. Bu, dörd il öncə baş verib.

Bu vaxt ərzində biz təhsildə yeni yanaşmaya fokuslanmağa hazır olan yüzdən artıq cavan müəllim yetişdirdik; köməyimiz sayəsində mindən artıq abituriyent ali təhsil müəssisələrinə qəbul olub və biz Azərbaycan üçün unikal olan bu layihəni inkişaf etməkdə davam edirik.

“DƏRS EVİNƏ SUPERİNSANLARI SEÇDİK, SONRA İSƏ ONLARDAN MÜTƏXƏSSİS ETDİK”

- Bütün azərbaycanlı iş adamları kadr azlığından şikayət edir. “Dərs Evi”ndə dörd il ərzində 200-dən artıq üzvü olan komanda formalaşıb. Onları necə tapırdınız?

- Əvvəl yalnız bir işçim var idi. Biz onunla bir otaqda işləyirdik. Lakin mənim bəxtim məni hər zaman yaxşı insanlarla və işçilərlə rastlaşdırır. Mən buna çox böyük önəm verirəm. 
Yəqin ki, mənim planlarım, insanların istəkləri ilə uyğunlaşırdı. Maraqlı layihənin hazırlanması barədə söhbətlər yayılmağa başladı. Bizim etməyə hazırlaşdığımız tədbirlər çox radikal idi. Bizə qeyri-adi və qeyri-standart insanlar lazım idi. Təbii seçim baş verirdi. Mən korporativ mədəniyyət barədə danışanda, deyirdilər ki, “Azərbaycanda bu işləmir”. Lakin bu məsələni dəstəkləyən insanlarla razılaşa bilirdik.

Doğrudur, Azərbaycanda işçilərin kvalifikasiyası çox aşağı səviyyədədir. Lakin buna baxmayaraq, mənim şirkətimdə 3 dildə sərbəst danışan insanlar çalışır. Rusiyada elələri çox azdır.

Biz “super ekspertləri” deyil, “super insanları” seçirdik, daha sonra isə onları mütəxəssislər etdik. Təcrübəsiz insanları işə götürmək və onları öyrətmək daha asandır. Əvvəl onları mənim tərəfimdən dəvət olunan xarici mütəxəssislər öyrədirdi. İndi isə onlar özləri bizim yeni işçilərimizi öyrədirlər.

“BİZ DÖYÜLƏ-DÖYÜLƏ öyrənmək mümkündür STEREOTİPİNİ SINDIRDIQ”

- “Dərs Evi” layihəsinin unikallığı nədədir?

- “Dərs Evi”ndə bütün müəllimlər cavan mütəxəssislərdir; ali məktəb tələbələri və ya məzunlar. Onlar özləri bu yaxınlarda müvəffəqiyyətlə imtahanlardan keçiblər. Biz liderlik bacarıqları olan ən yaxşı tələbələri seçirdik və onları müəllim edirdik.

Biz müəllimin yaşlı, bığlı, kostyum və ya xələtdə olması stereotipini qırdıq. Bizim müəllimlər - böyük qardaş və ya dostlarımızdır.

Biz, yalnız “döyülə-döyülə” öyrənmək mümkündür stereotipini qırdıq. Abituriyentlərimizi ilhamlandırmağa çalışırıq və təhsil almaq onların xoşuna gəlir.

Biz müdir və işçi arasında böyük bir məsafə olması haqda stereotipləri qırdıq. İdarəçilik üslubum çox demokratikdir. Mənə deyirdilər ki, Azərbaycanda bu işləmir. Deyirdilər ki, “İnsanlarla sərt davranmaq lazımdır.

İşçinin fikrini soruşmaq isə qətiyyən olmaz, əks halda sənə hörmət etməyəcəklər”. Məsələn, İsraildə “power distance” sıfıra bərabərdir. İşçi müdirə onun haqlı olmadığını bildirə bilər. Rusiyada məsafə var, lakin çox az. Azərbaycanda müdir əlçatmaz varlıqdır. Müdir işçi ilə naharda bir masaya əyləşərsə, bəzilərinin ürəyi o an dayana bilər.

“Dərs Evi” bunun başqa cür ola biləcəyini göstərir. Lakin təbii ki, biz anarxiyadan danışmırıq. İntizam və dəqiq vaxt ayırıcı var. Azərbaycanda başladığımız hər bir layihə uğurlu oldu. Eyni zamanda kadr seçilməsinə çox diqqətlə yanaşırıq. Bir tərəfdən, layiqli insanları axtarırıq, digər tərəfdən, əsas dəyərimiz komandadır.

Bəzən bazarda “Ulduzlar” peydə olur - onlar çox peşəkar mütəxəssislərdir, lakin komandamızla uyğunlaşmırlar. Belələri ilə biz tez bir zamanda sağollaşırıq, çünki komandamızın maraqları bizim üçün əsasdır. Mütəxəssisləri biz xaricdən dəvət edə və ya özümüz yetişdirə bilərik.

Məhşur biznes-konsultant Adizes belə söyləyir: “It’s easier to take somebody, who is, and teach him to know, than take somebody, who knows, and teach him to be” (Kim olduğunu bilən birisinə bilik vermək, biliyi olub, lakin kimliyindən bixəbər olan birisinə bilik verməkdən asandır) 

İlk işçim Cavid hal-hazırda 90 nəfərdən ibarət heyəti idarə edir. O, bacarıqlı idarəçi zirvəsinə 4 il ərzində çatdı. Sizə daha artığını da deyə bilərəm: bizim bəzi tələbələrimiz ali təhsil alıb və daha sonra bizim komandamıza müəllim qismində qayıdıblar.

Biz tələbələrimizə əsas subyektləri öyrətməklə yanaşı, onlarla böyük psixolojı işlər görürük. İctimai danışıq qabiliyyəti, özünə güvən hissi, sözün yaxşı mənasında öz ideyanı “satmaq” bacarığı - hal-hazırda bazarda bunlar çox önəmlidir.

“Dərs Evi” çoxpilləli “ulduz fabrikidir”. Bu, artıq tətbiq etdiyimiz: Rusiyada “Maximum”, İsraildə “Kidum”, ABŞ-da “Kaplan” - dünyaca məşhur layihələrdir. Təcrübəni Azərbaycan bazarına, mentalitetinə və insanlarına uyğunlaşdırdıq və bunu bacardıq.

- Siz söyləmişdiniz ki, potensial işçilərlə son müsahibəni özünüz keçirdirsiniz. Onlara hər-hansı bir sualla müraciət edib həmin insanın sizə uyğun olub-olmadığını müəyyən edə bilirsinizmi?

- Biz insandan etdiyi və peşman olduğu səhvi haqqında bizə danışmağını xahiş edirik. Bu sualı cavablandırarkən şəxsi keyfiyyətləri və əsl motivləri gizlətmək çətin olur. Azərbaycanda isə insanlar öz səhvlərini ümumiyyətlə, çox çətin qəbul edir.

Yansıtma, səhvlərdən dərs çıxarmaq qabiliyyəti, məncə, hər işçinin çox vacib keyfiyyətidir. Səhvlər bəzən bizə müvəffəqiyyətlərdən daha çox öyrədir. Səhv etmək yolveriləndir. Lakin etdiyimiz səhvlərdən dərs çıxartmamaq qətiyyən olmaz. “Dərs Evi”ndə keçirilən hər sessiyadan sonra biz nələri daha yaxşı edə biləcəyimizi müzakirə edirik.

“BİZİM TƏLƏBƏMİZ ABŞ UNİVERSİTETİNƏ QƏBUL OLUB VƏ TƏHSİLİNİN 100 FAİZ HƏCMİNDƏ TƏQAÜD ALIB”

- “Dərs Evi”nin gənc müəllimlər, rəhbər və işçilər arasında münasibətlərə dair stereotipləri qırdığından danışdıq. Əlavə olaraq, hansı stereotiplər də mövcuddur?

- Əsas stereotiplərdən biri də şagird və valideyn, valideyn və müəllim arasında olan münasibətdir. Ənənəvi olaraq, Azərbaycanda uşaqların karyera seçimində valideynlər böyük rol oynayır. Ona görə də biz “Dərs Evi”ndə hər hansı bir sahəyə yönümlüyü müəyyən etmək məqsədilə böyük bir profarientasiya layihəsini başladıq. Şagirdlər “Profarientator” testindən keçirlər və o, insanın hansı sahədə daha uğurlu olacağını göstərir. Hal-hazırda  məzunlarımızın sayı 1000-dən artıqdır. İlk addımlarımızda valideynləri cavan müəllimlərimizə şans verməyə çağırırdıq, lakin indi yerlərimiz artıq məhdud saydadır.

Müəllim sayımızla böyüyürük və daha tez böyüməkdə  davam edəcəyik. Bu il ərzində, Nəriman Nərimanov metro stansiyası yaxınlığında böyük bir filialımızın açılışı gözlənilir, gələn il isə Əhmədli metro stansiyası yaxınlığında.

Təhsil sahəsində mütəxəssis olduğumuza görə, şəxsən mən ABŞ və Rusiyada təhsil sahəsində böyük təcrübəyə malik olduğuma görə, biz dürüst bir sistem yaratmağı özümüzə borc bildik və bu sistem valideynlərə və uşaqlara doğru ali təhsil ocağını və ixtisası seçməkdə kömək edəcək. Bu seçim edildikdən sonra, biz onlara hazırlaşmaqda kömək edirik. Tələbələrə bütün variantları göstərmək vacibdir, tək Azərbaycanda deyil. Biz onlara qərar verməkdə kömək edirik.

Bunun üçün “Get” - xaricdə təhsil layihəsi yaradılıb. Bəzi valideynlər uşaqlarına xarici universitetlərdə təhsil verə bilmir, lakin onlar bilmir ki, bir çox universitetlər çox səxavətli və liberal təhsil proqramlarını təklif edir. Sadəcə onların istifadə qaydasını bilmək lazımdır. Ən azından universitetlərin hansı təqaüd və endirimləri təklif etdiyini bilmək lazımdır.

Biz mütəxəssis komandamızı topladıq, təhsil ocaqları ilə əlaqələrimizi təkminləşdirdik və tələbələrimizə ən yaxşı şərtləri təklif edirik. Bu yaxınlarda bizim tələbəmiz ABŞ universitetinə qəbul olub və təhsil haqqının 100 faiz həcmində təqaüd alır. Biz sadəcə ona doğru esse hazırlamaqda, sənəd toplamaqda və onları lazımi proqrama yönləndirməkdə köməklik göstərdik.

Bundan əlavə, keçən il biz yuxarı sinif şagirdləri üçün peşə seçimində köməklik göstərəcək “Yaaay” yay məktəbinə start verdik. Tamamilə fərqli sahələrdə fəaliyyət göstərən böyük şirkətlərlə müqavilələr imzaladıq.

Bir neçə həftə ərzində şagirdlərimiz real aləmə çıxış əldə edir: bank əməkdaşı və yanğınsöndürən olmaq nə deməkdir, əkinçilik və heyvandarlıq nədir, ayrı-ayrı sahələrdə hansı irəliləmiş texnologiyalar mövcuddur. Bir çox məktəblilər bu iki həftəlik proqram nəticəsində öz fikirlərini və peşə seçimlərini dəyişdilər.

Qarşımıza qoyduğumuz daha bir məqsəd müəllimlərin yetişdirilməsi və kvalifikasiyasının yüksəlməsidir. Bizim təhsil sistemimiz istedadlı mütəxəssislər yetişdirməyə imkan verir. Bu prosesi genişləndirmək və bu cür müəllimlərin Azərbaycanın bütün məktəblərində çalışmalarını təmin etməyə ümid edirik.

“BELƏ RƏVAYƏTLƏR GEDİR Kİ, DÜNYA TƏCRÜBƏSİ AZƏRBAYCAN MENTALİTETİNƏ UYĞUN GƏLMİR”

- Fikrinizcə, gələcək 20 ildə hansı bacarıqlar tələbatda olacaq?

- Texniki bacarıqlar tez köhnəlir. Komandada qarşılıqlı əlaqə, istənilən layihəni gerçəkləşdirmə, insanlarla birgə çalışma bacarıqları daha da mühüm olmağa başlayır.  Rusiya və Azərbaycanın böyük “üstünlüyü” var: biz geriləyirik. Lakin bununla yanaşı biz xarici təcrübədən yararlana və səhvlərimizdən dərs çıxara bilərik.

Belə rəvayətlər gedir ki, dünya təcrübəsi Azərbaycan mentalitetinə uyğun gəlmir. Təbii ki, bəzi özəlliklər var. Lakin qravitasiya bütün ölkələrdə eyni cür çalışır. Sadəcə bu qanunların necə işlədiyini və onlarla necə davranmaq gərəkdiyini bilmək lazımdır. Bu zaman hər şey alınacaq. Beləcə, “Dərs Evi” kimi innovativ layihələrin sayı daha çox olacaq.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri