25 
May
2019
01:30
66
131
2301
Virtual karabakh

Azad Rəhimov cənub bölgəsinin sakinlərini qəbul edib

25 May, 2019
01:30
2301

Azad Rəhimov cənub bölgəsinin sakinlərini qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və idman naziri Azad Rəhimov Masallı, Cəlilabad və Yardımlı rayon sakinlərini qəbul edib. Onların müraciətlərini dinləyib.

Oxu.Az-ın bölgə müxbirin verdiyi xəbərə görə, Masallı Rayon Gənclər və İdman İdarəsində baş tutan qəbulda müraciətlər, əsasən,  gənclər, idman və digər sahələri əhatə edib. Edilən müraciətlər sırasında idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin olunması, yeni Olimpiya İdman Komplekslərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin yaradılması mövzuları daxil olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Gənclər və idman naziri Azad Rəhimov həmçinin mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçı mövzusuna da toxunub. 30 mindən çox xarici futbol azarkeşini ölkəmizdə qarşılamağa hazır olduğumuzu bildirib.

Eləcə də nazir Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula-1 kimi böyük yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyimizi vurğulayaraq, bu il planda olan digər beynəlxalq səviyyəli yarışlara da hazırlıqların başlanıldığını deyib.

Qeyd edək ki, qəbulda Masallı, Cəlilabad və Yardımlı rayonlarından 11 vətəndaş iştirak edib. Müraciətlərdən araşdırılması tələb edilən və nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər əlaqədar qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri