25 
May
2019
11:03
58
451
3359
Virtual karabakh

Ermənilər torpaqlarımıza od vurdular - VİDEO

25 May, 2019
11:03
3359

Ermənilər torpaqlarımıza od vurdular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun işğal altında olan torpaqlarına od vurması nəticəsində ərazidə böyük yanğın baş verib. 

Oxu.Az-ın yerli bürosu xəbər verir ki, ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovun tez bir zamanda böyüməsinə səbəb olub.

Yerli sakinlər bildiriblər ki, yanğın qısa müddət ərzində qoşunların təmas xəttini, sonra isə neytral zonanı ötərək Qaziyan və Qapanlı kəndləri ərazisinə keçib. Ərazidə taxıl zəmilərinin olmasını nəzərə alan əhali yanğınla mübarizəyə hazırlaşır.

Vəziyyətlə yerində tanış olmaq üçün “Aqrolizinq” əməkdaşları cəbhə bölgəsində olublar. Bildirilib ki, məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün texnika və kombaynlar ilk olaraq cəbhə bölgəsinə təhkim olunacaq.

Kənd sakinlərinin sözlərinə görə, yanğınlardan sonra cəbhə kəndlərində vəhşi heyvanların sayı xeyli çoxalıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri