25 
May
2019
15:56
198
14
3087
Virtual karabakh

Avtomobil qaçıran 20 yaşlı gənc saxlanıldı - FOTO

25 May, 2019
15:56
3087

Avtomobil qaçıran 20 yaşlı gənc saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirin Yeniyol kəndində avtomobil oğurluğu hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir RPŞ-yə ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106” markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirli kənd sakini 20 yaşlı Asiman Alıyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, A.Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pul və dörd ədəd səsgücləndirici götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri