25 
May
2019
16:54
8
239
2711
Virtual karabakh

Mingəçevirdə marşrut avtobusu yaşlı qadını vurub öldürdü

25 May, 2019
16:54
2711

Mingəçevirdə marşrut avtobusu yaşlı qadını vurub öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevirdə piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Hidanlı Anar Ağasəf oğlu idarə etdiyi “Mercedes Benz 210 D” mikroavtobus markalı, 45-BL-199 dövlət qeydiyyat nişanlı, 4 saylı şəhərlərarası sərnişin avtobusu ilə yolun qarşı tərəfinə keçmək istəyən piyada, 1954-cü il təvəllüdlü İsmayılova Şölə Qafar qızını vurub.

Piyada dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da, aldığı bədən xəsarətlərindən orada dünyasını dəyişib.

Meyit xarici və daxili müayinə üçün ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri