25 
May
2019
20:15
20
263
5034
Virtual karabakh

Güclü külək Şəkidə fəsadlar törətdi - FOTO

25 May, 2019
20:15
5034

Güclü külək Şəkidə fəsadlar törətdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki şəhərində müşahidə edilən güclü külək fəsadlar törədib.

Oxu.Az xəbər verir ki, Rəsulzadə küçəsi, ev 333B ünvanında yerləşən evə ciddi ziyan dəyib.

Şəki şəhər icra nümayəndəsi Rasim Həsənov hadisə zamanı evdə insanların olmadığını deyib. O bildirib ki, hadisə nəticəsində evin hasarına, çardağa, qaz və elektrik xətlərinə ziyan dəyib.

Şəki şəhərində ağac aşması ilə bağlı bir neçə müraciət daxil olub. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur.

R.Həsənov bildirib ki, hazırda “Azəriqaz” və “Azərişıq”ın nümayəndələri ərazidədir, hadisənin fəsadları aradan qaldırılır.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri