25 
May
2019
22:28
197
18
4674
Virtual karabakh

Azərbaycanda bir əsrin yadigarı olan seminariya - FOTO

25 May, 2019
22:28
4674

Azərbaycanda bir əsrin yadigarı olan seminariya - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Qazax Müəllimlər Seminariyasının yaranmasının 100 ili tamam olur.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 100 il öncə Gürcüstanda Qori müəllimlər seminariyasından ayrılan Azərbaycan şöbəsi 1918-ci ilin sentyabr ayında fəaliyyətini Qazaxda davam etdirib.

Bu münasibətlə Qazaxda “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Qazax rayon icra hakimiyyətinin, Azərbaycan Dillər Universitetinin, Milli Elmlər Akademiyası Folklor İnstitutu və BDU-nun Qazax filialının təşkilatçılığı ilə reallaşıb.

Bildirilib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd olunub ki, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.

Tədbirdə iştirak edən türkiyəli ziyalılar seminariyanın müstəqil Azərbaycanın təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyduğunu diqqətə çatdırıb.

Konfransda AMEA-nın folklor institutunun direktoru, akademik Muxtar İmanov görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan bir əsrin yadigarı olan seminariyanın bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla apardıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, seminariyanın 1918-ci ildən 1959-cu ilə qədər 3000-dək məzunu olub.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri