26 
May
2019
12:35
154
184
10853
Virtual karabakh

Azərbaycanda leysan yağış gözlənilir

26 May, 2019
12:35
10853

Azərbaycanda leysan yağış gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarına göslənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti təşkil edəcək. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri