26 
May
2019
21:40
14
247
4334
Virtual karabakh

Kürdəmirdə “KAMAZ” traktora çırpıldı - FOTO\VİDEO

26 May, 2019
21:40
4334

Kürdəmirdə “KAMAZ” traktora çırpıldı - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax yolunun 186 km-də, Kürdəmirin Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, Kürdəmir rayon sakini 35 yaşlı Məmmədov Samir Sərxan oğlu qoşqulu traktorla Bakı istiqamətində hərəkətdə olarkən, ona arxadan gələn “KAMAZ” çırpılıb.

Yük maşınını Özbəkistan vətəndaşı, hazırda  Salyan rayonunda qeydiyyatda olan 62 yaşlı Əsədov Əli Ağayeviçin idarə etdiyi bildirilir. Qəza nəticəsində sürücülərdən xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Nazir QULİYEV

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri