26 
May
2019
22:10
116
170
21467
Virtual karabakh

Keçmiş icra başçısı vəfat etdi

26 May, 2019
22:10
21467

Keçmiş icra başçısı vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtın sabiq icra başçısı vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Təvəkkül Məmmədov bu gün dünyasını dəyişib.

T.Məmmədov 2000-2003-cü illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Təvəkkül Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. 

Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda “Zaqfederasiya” gəmi təmiri zavodunda işləyib. 

Sumqayıt Polimer tikinti materaialları kombinatında növbə rəsiliyindən direktor vəzifəsinə kimi yüksəlib. Bundan başqa 1976-1981-ci illərdə kombinata rəhbərlik edib. 

1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini, 1982-ci ilin iyun ayında icraiyyə komitəsinin sədri seçilib və 1988-ci ilə qədər bu vəzifədə çalışır. 

Bundan başqa T.Məmmədov 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru, 1995-2000-ci illərdə isə “Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti kimi çalışıb. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri