27 
May
2019
01:10
17
474
5681
yuxarı
Bakıda 19 yaşlı fəhlə lift şaxtasına düşərək öldü
Bakıda fəhlə işləyən Şirvan sakini hündürmərtəbəli binadan yıxılaraq ölüb.
Oxu.Az-ın Aran bürosu xəbər verir ki, Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Hüseynov Şahin Hafiz oğlu yeni tikilən hündürmərtəbəli binada işləyərkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan şaxtaya düşüb. Gənc fəhlə hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti doğulduğu Şirvan şəhərinə gətirilərək torpağa tapşırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək