İyn
2019
10:57
18
268
6773
Virtual karabakh

Hacıqabulda ağır qəza: iki nəfər öldü, dörd yaralı var - YENİLƏNİB + VİDEO

4 İyn, 2019
10:57
6773

Hacıqabulda ağır qəza: iki nəfər öldü, dörd yaralı var - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda yol qəzasında ölənlərdən birinin və yaralıların şəxsiyyəti müəyyənləşib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ölən şəxslərdən biri Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Qasımov İsmət Vəliyəddin oğludur.

Xəsarət alanlar Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Şirəliyeva Elnarə Sərxan qızı, 2006-cı il təvəllüdlü Şirəliyev Yusif Fikrət oğlu, 2008-ci il təvəllüdlü Şirəliyev Nicat Fikrət oğlu və daha bir nəfərdir. Onlar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

09:37

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobillə “KAMAZ”ın toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri