İyn
2019
15:42
20
111
3525
Virtual karabakh

Niyə tez-tez “yer ayağımızın altından qaçır”? - RƏY

8 İyn, 2019
15:42
3525

Niyə tez-tez “yer ayağımızın altından qaçır”? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanların sayı artıb. Əksər hallarda bu zəlzələlər hiss olunmasa da, müəyyən narahatlıqlar yaradır. 

Məsələnin aktuallığını nəzərə alaraq, Oxu.Az-ın əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı ilə əlaqə saxlayıb. 

V.Rafiqqızı saytımıza açıqlamasında bildirib ki, Xəzər dənizində olan zəlzələnin maqnitudası yüksəkdir və ərazi seysmik baxımından aktiv zonadır:

“Orada həmişə zəlzələ olur. Son zəlzələ zamanı maqnitudanın artması müşahidə olunur. Bu da oradakı zəlzələ ocaqlarındakı proseslərlə bağlıdır”.

Vüsalə Rafiqqızının sözlərinə görə, dənizdə olan zəlzələ ocaqları sahildən uzaqda yerləşirsə, ətrafa elə də təsiri olmur.

“Zəlzələ neft platformaları ətrafında olduqda hasilata təsir etməsi ehtimalı var. Bir neçə gün ərzində baş verən zəlzələlər isə sahilyanı ərazilərdə 3 bala yaxın hiss edilib.

Azərbaycanda seymik baxımdan aktiv ərazilər çoxdur. Zəlzələ o ərazilərdə olur ki, orada seysmik aktivlik var. Zəlzələ ocaqları hərəkətə gələndə aktiv fazaya keçir və zəlzələ baş verir. Ocaq zəlzələdən sonra tədricən sönür və həmin ərazidə seysmiklik fon səviyyəsinə düşür. 

Son günlər əsasən Xəzər dənizində zəlzələ olur. Orada zəlzələ ocaqları çoxdur”, - deyə xidmət rəsmisi qeyd edib. 

Qeyd edək ki, Azərbaycan seysmik baxımdan aktiv zonadır. Ölkə ərazisində Şimal, Şimal-qərb zonası, Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi, xüsusilə cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri