12 
İyn
2019
17:05
19
195
6237
Virtual karabakh

Yollarda qırılanlarla bağlı tükürpədən rəqəmlər - Günah yenə öləndədir?

12 İyn, 2019
17:05
6237

Yollarda qırılanlarla bağlı tükürpədən rəqəmlər - Günah yenə öləndədir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il mayın 1-dən iyunun 10-dək ölkə ərazisində baş verən yol qəzalarında ümumilikdə 93 nəfər dünyasını dəyişib. 

Oxu.Az bu barədə statistikanı Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən rəsmi xronika bölümündən əldə edib.

Belə ki, bu ölüm hallarından 31-i piyadalarla bağlı statistikaya daxildir.

Hadisələr nəticəsində 64 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Ötən ilin eyni dövründə baş verən qəzalar zamanı isə 68 nəfər ölüb ki, bunlardan 23-ü piyadadır.

2018-ci il mayın 1-dən iyunun 10-dək olan dövr ərzində baş verən qəzalar nəticəsində 231 nəfər xəsarət alıb.

“VAZ”lar, “QAZ”lar və qırılanlar

Qeyd edək ki, təkcə bu il mayın 23-də NeftçalaYevlaxda mikroavtobusların iştirakı ilə baş verən iki qəzada altı nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev piyadaların iştirakı ilə baş verən qəzaların səbəblərini açıqlayıb:

“Çoxsaylı yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, yenə də bəzi piyadalar qayda pozuntusuna yol verirlər və bunun acı nəticəsini görürük. Piyadalar həyatlarını təhlükə altına qoymamalıdırlar, ancaq müəyyən edilmiş keçidlərdən istifadə etməlidirlər”.

O, səfərə çıxmazdan öncə sürücülərə avtomobilin sazlığını yoxlamağı tövsiyə edib.

“Sürücülərlə yanaşı, sərnişinlər də təhlükəsizlik kəmərindən istifadə etməlidilər. Hərəkət zamanı sürət rejiminə, manevr etmə qaydalarına riayət edilməlidir. Təhlükəsizlik üçün bu, vacib amildir. Onu da qeyd etmək istəyirik ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək yolverilməzdir. İmkan daxilində hər iki-üç saatlıq yol getdikdən sonra qısa müddət də olsa, istirahət mütləqdir. 

Artıq yay mövsümü də başlayıb. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə olunur ki, günün sərin vaxtlarında yola çıxsınlar”. 

Sonda R.Quliyev qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına, xüsusilə piyadalara da yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri