11 
İyn
2019
21:09
294
45
4542
Virtual karabakh

Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb

11 İyn, 2019
21:09
4542

Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir. 

Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyunun 11-də səfirlik nümayəndələri Fuad Abbasovla görüşüb, saxlanma şəraiti ilə tanış olublar.

Bundan başqa, yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə Rusiya Xarici Işlər Nazirliyinə nota təqdim edilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.

Xatırladaq ki, Fuad Abbasov mayın 18-də Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri