12 
İyn
2019
00:11
11
212
2802
Virtual karabakh

Saatlıda yol qəzasında bir ailənin 3 üzvü yaralandı - FOTO

12 İyn, 2019
00:11
2802

Saatlıda yol qəzasında bir ailənin 3 üzvü yaralandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlıda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Saatlı şəhər Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Hacıqasımlı kənd sakini, 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə “Jiquli”nin sürücüsü və onun övladları, 2005-ci il təvəllüdlü Şirinov Aqşin və 2004-cü il təvəllüdlü Şirinov Sübhan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ata və övladlarının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri