12 
İyn
2019
09:24
19
214
10927
Virtual karabakh

Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı - Ölən və yaralı var

12 İyn, 2019
09:24
10927

Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı - Ölən və yaralı var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Bibiheybət məscidi yaxınlığında qeydə alınıb. 

Belə ki, BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb. 

Hadisə nəticəsində avtomobilin sürücüsü - 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlu ölüb, maşında olan sərnişin isə ağır yaralanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 03:37-də daxil olub:

“Avtomobildə olan sərnişin - 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Samir İsayev, Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri