12 
İyn
2019
13:36
25
249
15443
Virtual karabakh

Hoteldə yetkinlik yaşına çatmayan qıza təcavüz edən şəxsdən xəbər var

12 İyn, 2019
13:36
15443

Hoteldə yetkinlik yaşına çatmayan qıza təcavüz edən şəxsdən xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

On altı yaşına çatmayan qızla intim münasibətdə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyunun 24-də keçiriləcək.

Qeyd edək ki, hadisə Bakıda yerləşən “Ambassador” hoteldə baş verib. Həmin hoteldə çalışan 26 yaşlı N.Əhmədov 14 yaşlı Q.L. ilə intim münasibətdə olmaqda təqsirləndirilir.

Qızın atasının hüquq-mühafizə orqanlarına müraciətinə əsasən, cinayət işi başlanılıb. N.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri