12 
İyn
2019
16:13
150
22
2661
Virtual karabakh

Yararlı çimərliklərin işarələnməsi təklif olunur

12 İyn, 2019
16:13
2661

Yararlı çimərliklərin işarələnməsi təklif olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çimmək üçün yararlı olan çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ETSN tərəfindən layihə hazırlanır. 

Oxu.Az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. 

Onun sözlərinə görə, layihəyə əsasən, çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir. 

“Qeyd edək ki, dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasına xidmət edir”, - nazirlik rəsmisi vurğulayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri