13 
İyn
2019
00:01
25
347
9866
Virtual karabakh

Yasamalda yanan binadan 83 nəfər təxliyyə olunub - YENİLƏNİB

13 İyn, 2019
00:01
9866

Yasamalda yanan binadan 83 nəfər təxliyyə olunub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Bakının Yasamal rayonunda yanğın qeydə alınıb.

FHN-dən verilən məlumata görə, şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 p.m yanıb.

Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

19:17

Yasamal rayonunda binada yanğın baş verib.

Ölkə.Az-ın xəbərinə görə, yanğın Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində baş verib.

Çoxmənzilli yaşayış binasında baş verən yanğından sonra əraziyə yanğınsöndürənlər cəlb edilib. Sakinlər təxliyə edilib. Ölən və yaralanan yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri