13 
İyn
2019
12:07
27
106
6529
Virtual karabakh

Prezident Milli Məclisə mühüm qanun layihəsi göndərdi - Bu gün müzakirə olunacaq

13 İyn, 2019
12:07
6529

Prezident Milli Məclisə mühüm qanun layihəsi göndərdi - Bu gün müzakirə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə fəaliyyəti, o cümlədən, kommersiya məhkəmələrinin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib. 

Oxu.Az xəbər verir ki, bu sözləri Avropa İttifaqı V Azərbaycan Biznes Forumunda çıxış edən Ədliyyə nazinin müavini Toğrul Musayev deyib. 

Onun sözlərinə görə, artıq bu gün həmin qanun layihələrinin parlamentdə birinci oxunuşda müzakirəsi nəzərdə tutulub:

“Hələ 2006-cı ildə məhkəmə hakimlərinin sayı iki dəfə artırılaraq, 600-ə çatdırılıb. Bununla belə, bu gün ölkədə 100 min nəfərə düşən hakimlərin sayı altı olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır.

Məhz buna görə fərmanla hakimlərin sayının xeyli - 200 nəfər artırılması müstəsna əhəmiyyətə malikdir. Bu addım məhkəmə hakimiyyətinin daha da optimal şəkildə qurulması üçün çox vacibdir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri