14 
İyn
2019
10:58
703
33
14204
Virtual karabakh

Rəsulzadənin şəkli avronun üzərində

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Osmanlı ordusunun generalı, Bakı fatehi Nuru paşanın şəkilləri olan avro əskinasları buraxılıb.

Oxu.Az xəbər verir ki, bu banknot “Euro Souvenir Bank” layihəsi çərçivəsində istehsal olunub.

Hələlik satışı nəzərdə tutulmasa da, üç aydan sonra satışa çıxarılacaq. 

Məlumata görə, banknotlar Avropa Mərkəzi Bankının müəssisələrindən birində çap olunub. 

Layihənin müəllifi Özgür Honça adlı türkiyəli kolleksionerdir.

O, bu işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib.

“Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli avro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub.

Xatırladaq ki, 2018-ci il prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlər keçirilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri