14 
İyn
2019
06:58
89
39
3608
Virtual karabakh

Şamaxıda yanğınla bağlı müşavirə keçirildi - VİDEO

14 İyn, 2019
06:58
3608

Şamaxıda yanğınla bağlı müşavirə keçirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda baş verən yanğınla bağlı müşavirə keçirilib.

Oxu.Az xəbər verir ki, müşavirədə yanğının nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən, hadisədən ziyan çəkənlərin şikayətlərinə baxılması, qarşıya çıxan problemlərin aradan qaldırılması yolları müzakirə edilib.

Çıxışlar zamanı mövcud əkin sahələri arasında şumun çıxarılmasının vacibliyi vurğulanıb və bu işlərin bir həftə ərzində yekunlaşdırılması barədə göstəriş verilib.

Baş verə bilcək bənzər hadisələrin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, bununla yanaşı, hər bir kənddə insanlar arasında maarifləndirici danışıqların aparılması ilə bağlı mühüm tapşırıqlar verilib. Görülən işlər barədə bilavasitə rayon icra hakimiyyətinə ətraflı məlumat verilməsi tapşırılıb.

Qeyd edək ki, ötən gecə Şamaxı rayonunun Göylər kəndi ərazisində təxminən, 150 ailəyə məxsus 60 hektar biçilməmiş, 100 hektar biçilmiş taxıl və 40 hektar otlaq sahəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər həyata keçirilib.

Rəşad Aydın, Anar Ömərov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri