14 
İyn
2019
10:00
45
137
2320
Virtual karabakh

“Carlsberg Azerbaijan” Azərbaycandakı pivə zavodunun 50 illiyini qeyd etdi - FOTO

14 İyn, 2019
10:00
2320

“Carlsberg Azerbaijan” Azərbaycandakı pivə zavodunun 50 illiyini qeyd etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 12-si ölkənin ən böyük pivəbişirmə şirkəti “Carlsberg Azerbaijan” Xırdalandakı pivə zavodunun 50 illik yubileyini qeyd etdi.

Bir az tarixdən danışaq: Zavod istismara 1969-cu ildə verilib və o, SSRİ-dəki altı ən böyük pivəbişirmə müəssisəsindən biri idi. 1997-ci ildə “Qrup Kastel” şirkəti zavodu alıb və 2000-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılış baş tutub. 2008-ci ildə zavod “Carlsberg Group”un bir hissəsi olub.

Yubiley tədbirində şirkətin bütün respublika üzrə əməkdaşları, “Carlsberg Group” Şərqi Avropa regionunun vitse prezidenti Lars Leman və “Carlsberg Group” rəhbərliyinin digər nümayəndələri, həmçinin Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Abşeron rayon İcra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Maltsev öz təbrik nitqində vaxtilə zavodun yarandığı zamandan indiyədək şirkətdə çalışan əməkdaşlardan, bunun irsiliklə müasirliyin birləşməsinin gözəl bir nümunəsi olmasından danışdı və məhz bu amilin “Carlsberg” şirkətini unikal etdiyini bildirdi. Tədbir zamanı zavodda 20 ildən artıq işləyən və zavodun inkişafına öz töhfəsini verən əməkdaşlar xüsusilə qeyd edildi.

Daha sonra “Carlsberg Group” Şərqi Avropa regionunun vitse prezidenti Lars Leman da təbrik çıxışı edərək qeyd etdi ki, zavodun 50 illiyi “Carlsberg”in Azərbaycanda mövcudluğunun 10 illiyi ilə üst-üstə düşüb və “Carlsberg Group” Azərbaycanın pivə bazarındakı böyük potensialını görür və onun inkişafına inanır.

AR-in İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərovun nitqi yekunlaşdırıcı çıxış olub. O, öz nitqində “Carlsberg Azerbaijan” şirkətinin ölkənin iqtisadiyyatına verdiyi töhfənin vacibliyindən danışıb və onun zavodun inkişafına qoyduğu investisiyaları yüksək qiymətləndirib. Bu investisiyaların ümumi məbləği 50 milyon manatdan çoxdur.

Yubiley tədbirində “Carlsberg Azerbaijan” şirkəti ilə AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə olunması sahəsində əməkdaşlığa yönələn 3 il müddətinə Anlaşma Memorandumu imzalandı. Ətraf mühitin qorunması sahəsindəki əməkdaşlıq “Carlsberg Group”un dayanıqlı inkişaf proqramının bir hissəsidir: “Birlikdə SIFIRA Doğru”

“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 kilometr məsafədə yerləşir. Zavodun istehsal gücü ildə - 8 milyon dekalitrdir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribüterlər, agentliklər, podratçılar). Onun zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon manat təşkil edir. Şirkət portfelinə “Xirdalan”, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Baltika Kuler”, “Efsane”, “Jiqulyovskoe Firmennoye”, “Carlsberg”, “Holsten”, “Kronenbourg Blanc”, “Seth and Riley's Garage” kimi məşhur brendlər daxildir.

“Carlsberg Group” 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində “Carlsberg Group”-un zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. “Carlsberg Group” əməkdaşlarının ümumi sayı 42 mindən çoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri