14 
İyn
2019
09:52
195
61
2800
Virtual karabakh

Nazir: Bütün beş yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək

14 İyn, 2019
09:52
2800

Nazir: Bütün beş yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün beş yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir.

Bunu Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib. 

Onun sözlərinə görə, son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olub: 

“Qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə beş yaşlı uşaqların təhsilə cəlbedilmə səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılıb.

Aparılan tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib”.

C.Bayramov deyib ki, son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılıb. 2003-cü ilə nisbətən isə təhsil xərcləri doqquz dəfədən çox artıb.

Nazir qeyd edib ki, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilib. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri