14 
İyn
2019
14:54
38
83
3028
Virtual karabakh

Aeroporta hücum: Səudiyyə BMT TŞ-yə şikayət etdi - VİDEO

14 İyn, 2019
14:54
3028

Aeroporta hücum: Səudiyyə BMT TŞ-yə şikayət etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Husi yaraqlılarının mülki hava limanına ballistik raket atması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Müraciətdə İranın da “bostanına daş atılıb”. İddiaya görə, İran hökuməti “transsərhəd terror aktlarını dəstəkləməyə davam edir və Husi üsyançılarına yardım etməsi beynəlxalq qətnamələrin tələblərini pozur”.

Ər-Riyad bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ballistik raket hücumlarının qarşısını almaq və günahkarların beynəlxalq humanitar hüquq əsasında məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz ölçülər götürəcək.

Xatırladaq ki, iyunun 12-də Husi üsyançı hərəkatına aid yaraqlılar Əbha beynəlxalq aeroportunu raket atəşinə tutmuşdu. Raketlərdən birinin liman ərazisinə düşməsi nəticəsində 26 nəfər yaralanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri