14 
İyn
2019
15:24
409
43
11921
Virtual karabakh

Rəsulzadənin şəkli olan avro neçəyə satılacaq? - AÇIQLAMA

Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin şəkli əks olunmuş avro əskinasları cəmiyyətdə maraqla qarşılanıb. 

Bəziləri banknotları necə əldə edəcəyi ilə maraqlanır, bəziləri isə hətta yalan olduğunu düşünür.

Oxu.Az-ın əməkdaşı məsələnin aktuallığını nəzərə alaraq, banknotların çapı ilə məşğul olan “0 Euro Banknotes” şirkəti ilə əlaqə saxlayıb.

Şirkətin təmsilçisi İbrahim Gölgəli saytımıza açıqlamasında bildirib ki, şəkil prototipdir, banknotlar hələ çapdan çıxmayıb:

“Banknotlar satışa çıxanda Azərbaycandan da sifariş etmək mümkün olacaq”.

Gölgəli əskinasların qiymətlərinin təxminən 5-10 avro arasında dəyişəcəyini vurğulayıb.

Məlumat üçün bildirək ki, banknot “Euro Souvenir Bank” layihəsi çərçivəsində istehsal olunub.

Hələlik satışı nəzərdə tutulmasa da, üç aydan sonra satışa çıxarılacaq. 

Azad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri