14 
İyn
2019
19:45
54
340
9028
Virtual karabakh

Lənkəranda “Son zəng” qəzası - Məzunun qulağı qopdu

14 İyn, 2019
19:45
9028

Lənkəranda “Son zəng” qəzası - Məzunun qulağı qopdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda “Son zəng” günü məzun xəstəxanaya düşüb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, axşam saatlarında şəhərin Heydər Əliyev prospektində təhlükəli idarəetmə qəzaya səbəb olub. Nəticədə avtomobildə olan 4 məzundan biri -  18 yaşlı Adil Məmməd oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ona baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyulub. A.Həsənzadənin reanimasiya şöbəsində müalicəsi davam edir.

Hadisə şahidlərinin bildirdiyinə görə, “VAZ 2107” markalı taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsini Rövşən adlı şəxs idarə edib. Sürücü avtomobillə təhlükəli manevrlər etdikdən sonra maşın yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri