14 
İyn
2019
20:45
27
202
8700
Virtual karabakh

Bakı metrosunda təhlükəli anlar yaşanıb

14 İyn, 2019
20:45
8700

Bakı metrosunda təhlükəli anlar yaşanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb. 

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, hadisə axşam saatlarında metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarlardan birində qeydə alınıb:

“Belə ki, “28 May” stansiyasından “Gənclik” stansiyasına doğru hərəkət edən qatarlardan birinin qapısında problem yaranıb. Qatar bir stansiyada texniki nasazlıq səbəbindən qapısı açıq şəkildə hərəkət edib. “Gənclik” stansiyasında bu problem aradan qaldırılıb və qatar hərəkətinə davam edib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri