15 
İyn
2019
01:00
184
17
3464
Virtual karabakh

Astarada may balının süzümü başladı - FOTO\VİDEO

15 İyn, 2019
01:00
3464

Astarada may balının süzümü başladı - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astaranın əksər dağlıq ərazilərində, xüsusən də Miki kəndində may balı süzümünün qızğın çağıdır.

Oxu.Az xəbər verir ki, amma hava şəraiti ilə əlaqədar bu mövsüm bal yığımında azalma olacağı ehtimal edilir. Səbəb yazın əvvəllərində, ağacların çiçəklənmə dövründə havaların çiskin və yağıntılı keçməsidir. Bu da istehsalın 20-25 faiz aşağı düşməsinə gətirib çıxara bilər. 

Bal yığımında azalma olmasına baxmayaraq, rayonda arı ailələrinin sayı ilbəil artır. Bunun əsas səbəblərindən biri dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidiya verilməsidir. Bu, arıçıların işini daha da yaxşılaşdırmaqla yanaşı, təsərrüfatlarını genişləndirməyə imkan yaradır. 

Əldə olunan məhsul ev şəraitində saxlanılır. Amma fermerlərin istədikləri vacib məsələlərdən biri rayonda qablaşdırma sexinin olmamasıdır. Bu hal onlara məhsullarını satmaqda müəyyən çətinliklər yaradır. 

Arıçılar istehsal etdikləri məhsulu adətən sifarişlər əsasında satırlar. Balın 1 kiloqramı 20-25 manata təklif edilir. Əgər bu mövsümdə qiymətlər onları qane etməsə, balı qablaşdıraraq qış fəslində satışa çıxaracaqlar.

Qeyd edək ki, Astarada 1200 nəfər arıçı, 27  minə yaxın arı ailəsi var.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri