15 
İyn
2019
09:55
27
405
7810
Virtual karabakh

Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürüldü

15 İyn, 2019
09:55
7810

Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 20 yaşlı gənc bıçaqlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 93 ünvanında baş verib.

20 yaşlı gənc ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə təcili tibbi yardım xidmətinə gecə saat 00:00 radələrində məlumat daxil olub:

“Təcili yardım hadisə yerinə çatanda yaralının vəziyyəti ağır olub. Həkimlər onu dərhal xəstəxanaya çatdırmağa çalışıb. Lakin yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri